Logo

Magistraturanın qabiliyyət imtahanlarında iştirak üçün qeydiyyat tarixi AÇIQLANDI

06.06.2023 09:45 345 baxış
IMG

Müsabiqə şərtlərini ödəyən və ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 68 (musiqi sənəti istiqaməti), 69 (teatr, kino və xoreoqrafiya sənəti istiqaməti) və 70 (təsviri sənət istiqaməti) saylı proqramlarına aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalara qəbul olmaq istəyən bakalavrların qabiliyyət imtahanlarında iştirak etmək üçün qeydiyyat iyunun 5-dək aparılıb.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, qabiliyyət imtahanları 70 saylı proqram üzrə iyunun 21-də, 68 saylı proqram üzrə iyunun 23-də, 69 saylı proqram üzrə isə iyunun 24-də keçiriləcək.

70 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar iyunun 16-21-də DİM-in internet saytına daxil olaraq bakalavrın imtahana buraxılış vərəqəsini çap edə bilərlər. 68 və 69 saylı qəbul proqramına aid ixtisaslaşmaları seçən bakalavrlar isə buraxılış vərəqəsini iyunun 19-23-də çap edə bilərlər.

Qeyd edək ki, magistratura ixtisaslaşmalarına qəbul üzrə keçirilən qabiliyyət imtahanlarının nəticəsi məqbul və qeyri məqbulla qiymətləndirilir. Qabiliyyət imtahanlarından məqbul qiymət alan namizədlər müsabiqədə ixtisas seçimi üzrə aparılan test imtahanının nəticəsi ilə iştirak edirlər.

Ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalarına qəbul üçün keçiriləcək qabiliyyət imtahanları haqqında ətraflı məlumatı “Abituriyent” jurnalının “Musiqi sənəti”, “Teatr, kino və xoreoqrafiya sənəti” və “Təsviri sənət və Memarlıq” istiqamətləri üzrə xüsusi buraxılışlarından əldə etmək mümkündür.

Xəbər lenti