Logo

DİM-in may ayında göstərdiyi xidmətlərin statistikası açıqlanıb

06.06.2023 09:14 240 baxış
IMG

Dövlət İmtahan Mərkəzi tərəfindən may ayında göstərilmiş xidmətlərin statistikası açıqlanıb.

DİM-dən "Tehsil.biz"ə verilən məlumata görə, may ayında keçirilmiş imtahanlarda 90 min 706 nəfər iştirak edib.

Mərkəzin elektron xidmətlərindən istifadə sayı 2 milyon 118 min 755 olub. May ayı ərzində 4442 vətəndaş qəbul edilib. Beynəlxalq imtahanlarda 148 nəfər iştirak edib. Çağrı Mərkəzi vasitəsilə 26 min 75, elektron poçt vasitəsilə 3800-dən artıq, sosial şəbəkələr vasitəsilə 4000-ə yaxın müraciət cavablandırılıb. Çatbota daxilolma sayı 9651 olub. Abituriyent məsləhət mərkəzlərinə 1600-dən çox müraciət olub.

Xəbər lenti