Logo

Əlcəzair universitetində azərbaycanlı alim yad edilib - FOTO

05.06.2023 22:59 182 baxış
IMG

Əlcəzairin Bumerdes Universitetində keçirilən tədbirdə neft kimyası sahəsində tanınmış azərbaycanlı alim professor Mohammed Nəbiyevin xatirəsi yad edilib.

"Tehsil.biz"in məlumatına görə, universitetin rektoru professor Mustafa Yahya azərbaycanlı alimin Əlcəzairin ali təhsil sahəsində və ali məktəbdəki fəaliyyəti dövründə əvəzsiz xidmətlərindən danışıb, onun magistr və doktorluq elmi dərəcəsini qazanan tələbələrinin uğurlarından bəhs edib.

Tədbirə dəvət olunan professorun oğlu Nəbi Nəbiyevə universitetin adından təşəkkürnamə və hədiyyə təqdim edilib.

Qeyd edək ki, Mohammed Nəbiyev 1974-cü ildən Əlcəzairdə yaşayıb və bu ölkənin vətəndaşlığını alıb. Onun bir sıra elmi əsərləri fransız dilində də çap olunub.

Xəbər lenti