Logo

AMEA-nın I kurs magistrantları “Fəlsəfə” fənnindən imtahan veriblər

05.06.2023 21:24 203 baxış
IMG

AMEA prezidentinin 12 may 2023-cü il tarixli “AMEA-nın magistrantları üçün yay imtahan sessiyasının keçirilməsi haqqında” sərəncamına əsasən iyunun 5-də AMEA-nın I kurs magistrantları “Fəlsəfə” fənnindən imtahan veriblər.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan məlumat verilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında dörd qrup üzrə təşkil edilmiş imtahan yazılı formada həyata keçirilib. İmtahanlarda AMEA-nın I kurs üzrə magistrantlarından ümumilikdə 149 nəfəri iştirak edib. İmtahan prosesi AMEA Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsi tərəfindən təşkil olunub.

İmtahan prosesində Elm və təhsil şöbəsinin müdiri, texnika elmlər üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, şöbənin müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının direktoru, professor Məmməd Əliyev və fəlsəfə müəllimi, fəlsəfə elmləri doktoru Füzuli Qurbanov iştirak edərək imtahanın gedişi ilə yaxından tanış olublar.

Xəbər lenti