Logo

Gömrük Akademiyasının rəhbərliyi qalib tələbələrlə görüşüb

05.06.2023 20:23 286 baxış
IMG

Bakı Politoloqlar Klubunun təşəbbüsü, ADA Universitetinin dəstəyi ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə “NHN”+ “Brain ring” formatında 11 ali təhsil müəssisələri arasında keçirilən intellektual yarışda Dövlət Gömrük Komitəsinin Akademiyasının komandası adını qaliblər sırasına yazdıraraq II yerə layiq görülmüşdür.

Bu barədə "Tehsil.biz"ə ali məktəbdən bildirilib.

Bu münasibətlə qalib komandanın üzvləri Fizzə İsmayılova, Mənsurə Abdullayeva, Ramazan Əsgərxanov və Cəlal Abbasovla görüş keçirilib.

Görüşdə çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov Akademiyanın etimadını doğrultuqları üçün tələbələrə təşəkkür edərək onları bu qalibiyyət münasibətilə təbrik edib. Akademiya rəisi tələbələrin sosial və elmi fəaliyyətlərə aktiv cəlb edilmələrinin önəmini vurğulayaraq onların asudə vaxtlarının səmərəli təşkili, gənclərin dünyagörüşlərinin, xarici dil biliklərinin artırılması istiqamətində müvafiq tövsiyələrini verib.

Q. Novruzov Akademiya tələbələrinin daim öz fəaliyyətlərində doğma təhsil ocağının adını yüksəldəcəklərinə və müstəqil ölkəmizin tərəqqisinə öz layiqli töhfələrini verəcəklərinə əminliyini vurğulayaraq bir daha bilik yarışının qaliblərini təbrik edib və onlara uğurlarının davamlı olmasını arzu edib.

Xəbər lenti