Logo

BDU tələbəsinin yaradıcılıq sərgisi - FOTO

05.06.2023 17:46 288 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünasıq fakültəsində 5 iyun – Ümümdünya Ətraf Mühitin Mühafizəsi Gününə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib.

BDU-dan "Tehsil.biz"ə verilən məlumata görə, sərgidə fakültənin Ekologiya ixtisası üzrə IV kurs tələbəsi Bahar Həşimovanın tullantı kağız materiallarının təkrar istehsalından hazırlanmış əl işləri və onlar üzərində rəsmləri sərgilənib.

Bahar Həşimova həmçinin tullantı kağız materiallarının təkrar istehsalı prosesini də əyani şəkildə sərgi iştirakçılarına təqdim edib. Təkrar istehsal kağızları üzərində təsvir edilmiş rəsm əsərlərinin əksəriyyəti ətraf mühitin mühafizəsi sahəsində vacib çağırışlara həsr olunub.

Xəbər lenti