Logo

ATU ilə Tümen Dövlət Tibb Universiteti arasında memorandum imzalanıb

05.06.2023 16:25 179 baxış
IMG

Azərbaycan Tibb Universitetində (ATU) Tümen Dövlət Tibb Universitetindən gələn nümayəndə heyəti ilə görüş keçirilib.

Tehsil.biz xəbər verir ki, hər iki universitetin rəhbər şəxsləri arasındakı görüş zamanı ali təhsil müəssisələri arasında əməkdaşlığa dair memorandum da imzalanıb.

Tümen Dövlət Tibb Universitetinin rektoru İvan Petrov təmsil etdiyi ali məktəbin  500-dən çox əməkdaşının, 200-dən artıq əcnəbi tələbəsinin olduğunu vurğulayıb. Bu universitetin nəzdində elmi araşdırma institutları, klinikaların fəaliyyət göstərdiyini vurğulayıb. İ.Petrov Azərbaycan Tibb Universiteti ilə qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını və bu baxımdan imzalanan memorandumun önəmli olduğunu bildirib.

ATU rektoru professor Gəray Gəraybəyli öz növbəsində qonaqlara universitetin tarixi, fəaliyyəti, son illər ərzində icra olunan innovativ layihələr, əldə olunan nailiyyətlər barədə məlumat verib. Hazırda ATU-da 3 minə yaxın əcnəbi tələbənin təhsil aldığını bildirən rektor G.Gəraybəyli Universitet üçün beynəlxalq əlaqələrin mühüm əhəmiyyət kəsb etdiyini vurğulayaraq qonaqlarla mümkün əməkdaşlıq istiqamətlərindən danışıb və bunun hər iki tərəf üçün faydalı ola biləcəyini nəzərə çatdırıb.

Daha sonra tərəflər arasında qarşılıqlı əməkdaşlığa dair memorandum imzalanıb. Görüşdə Rusiya Elmlər Akademiyasının akademiki, professor Andrey Vajenin, Tümen Dövlət Tibb Universitetinin kafedra rəhbəri Rasim Tamrazov iştirak ediblər. Qonaqlar yeni memorandumun qarşılıqlı əlaqələrin genişlənməsinə və birgə uğurlu layihələrin reallaşması işinə  töhfə verəcəyindən əmin olduqlarını bildiriblər.

Xəbər lenti