Logo

ADAU-da yaz semestrinin imtahan sessiyası başlayıb

05.06.2023 15:55 320 baxış
IMG

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) elm və rəhsil nazirinin “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” 17.05.2023-ci il tarixli 3-29/3-2-285F/2023 nömrəli əmrini rəhbər tutaraq 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyası start götürüb.

ADAU-dan "Tehsil.biz"ə bildirilib ki, boloniya tədris prosesinin tələblərinə uyğun olaraq universitetdə tələbələr bakalavr və magistratura səviyyəsində 502 test, 79 şifahi və 877 yazılı imtahan verəcək.

Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov imtahanların gedişini izləyərək, tələbələrə uğurlar arzu edib. Bildirib ki, universitetdə nəzarət komissiyası yaradılıb, nəzarətçi qrupların bölgüsü aparılıb. Bütün texniki-təşkilati işlər yüksək səviyyədə başa çatdırılıb. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən asılı olaraq yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah fəaliyyət göstərəcək. Bütövlükdə imtahanların şəffaf və obyektiv keçirilməsi üçün universitetdə lazımi şərait yaradılıb.

Sessiyanın gedişinə operativ nəzarət etmək, imtahanlarda yarana biləcək şikayətlərin həllini təmin etmək məqsədilə universitetdə Qərargah və Apellyasiya komissiyası yaradılıb.

Tələbələr universitetdaxili intizam qaydaları, imtahan cədvəlləri üzrə kafedralarda müvafiq imtahanqabağı məsləhət saatlarının təşkili, eyni zamanda imtahan nəticələri ilə bağlı Apellyasiya komissiyasına müraciət qaydaları haqda ətraflı məlumatlandırılıb.

Sessiya müddətində imtahanların mövcud normativ sənədlər əsasında və təlimata uyğun keçirilməsi, nizam-intizamın yüksək səviyyədə təşkili universitet rəbərliyinin diqqət mərkəzində saxlanılacaq, eyni zamanda imtahanların gedişi ardıcıl surətdə yoxlanılacaq.

Xəbər lenti