Logo

Bu layihənin bağlanış mərasimi keçirilib

05.06.2023 15:23 177 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsi çərçivəsində qalib olan "Qarabağın rəqəmsal müəllimləri: Google platformasının köməyilə kağızsız sinif otaqlarının təşkili” layihəsinin bağlanış mərasimi keçirilib.

Tehsil.biz xəbər verir ki, layihə uğurla icra olunub.

Layihənin məqsədi “Google for education level 1” platforması üzrə yeni bilik və bacarıqlar öyrətməklə rəqəmsal müəllimlərin yeni tədris alətlərini tədris prosesində tətbiq etmələri ilə şagirdlər arasında rəqəmsal vətəndaşlığı inkişaf etdirmək və gələcəkdəki qayıdış zamanı həmin ərazilərdə inşa olunan ağıllı məktəblərə inteqrasiya prosesinin sürətləndirilməsinə yardımçı olmaqdır.

Xəbər lenti