Logo

Şagirdlərin təhsildən yayınmasının səbəbləri nədir? - AÇIQLAMA

05.06.2023 12:36 320 baxış
IMG

“Bu il təhsildən yayınma halları minimum səviyyəyə endirilib".

"Tehsil.biz"in məlumatına görə, bunu Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarə olunması şöbəsinin müdiri Elnur Əliyev deyib.

Onun sözlərinə görə, regional təhsil idarələrinin nümayəndələri yerli icra hakimiyyətləri ilə birlikdə bu istiqamətdə ciddi işlər görüblər:

"Təhsildən yayınmanın səbəblərindən biri ailələrin əksəriyyətinin kənd təsərrüfatı işləri ilə məşğul olması və buna görə uşaqların dərsə gəlməməsidir. Digər səbəb, valideyn düşünür ki, uşağı dördüncü sinfə kimi gəlirsə, yazmağı bilirsə, bəsdir. Məktəblərdə davamiyyət məsələsi daha da ciddiləşib və bu istiqamətdə işlər davam etdirilir”.

Xəbər lenti