Logo

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ

05.06.2023 12:25 233 baxış
IMG

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanında iştirak edəcək bakalavrlar imtahana buraxılış vərəqəsini çap edə bilərlər.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, magistraturaya qəbul imtahanı (II cəhd) iyunun 11-də keçiriləcək.

Bakalavrlar imtahana gələrkən özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əsli və imtahana buraxılış vərəqəsini mütləq gətirməlidirlər. Göstərilən sənədlərdən hər hansı biri olmazsa və ya sənədlər arasında uyğunsuzluq olarsa bakalavr imtahana buraxılmır.

Xəbər lenti