Logo

İdarəetmə Sistemləri İnstitutunun Elmi şurasının iclası keçirilib

05.06.2023 12:03 163 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun (İSİ) Elmi şurasının növbəti iclası keçirilib.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

İclası Elmi şuranın sədri, akademik Əli Abbasov açaraq gündəlikdə yer alan məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Gündəlikdən irəli gələn məsələlər ətrafında məruzə edən İSİ-nin Təhsil şöbəsinin müdiri, r.ü.f.d. Sevinc Quliyeva institutun 1-ci il qiyabi doktorantı Zümrüd İmran qızı Rəhmanovanın doktoranturaya bərpa edilməsi və 1-ci kurs magistrantı Aygül Mehti qızı Dadaşovaya yeni elmi rəhbər, yeni dissertasiya mövzusu və fərdi iş planının təsdiq edilməsi ilə bağlı çıxış edib. Mövzu ətrafında müzakirə aparılıb, açıq səsvermə yolu ilə müvafiq qərarlar qəbul edilib.

Sonra İSİ-nin Elmi katibi Zəhra Əzizova çıxış edərək 2023-cü ilin 5 ay ərzində laboratoriyalarda dərc olunmuş elmi əsərlər, iştirak edilən konfranslar haqqında məlumatların təqdim edilməsi məsələsi ilə bağlı məruzə edib, şura üzvləri tərəfindən mövzu ətrafında fikir mübadiləsi aparılıb.

Sonda bir sıra cari məsələlərə baxılıb.

Xəbər lenti