Logo

“Elm” qəzetinin növbəti sayı çap olunub

04.06.2023 16:30 182 baxış
IMG

AMEA-nın Rəyasət Heyətinin həftəlik mətbu orqanı olan “Elm” qəzetinin növbəti sayı çapdan çıxıb.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Qəzetin ilk səhifəsində Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində 28-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin rəsmi açılış mərasimində iştirakına dair məlumat yer alıb.

Bundan əlavə, AMEA Rəyasət Heyətinin iclası, Ortaq Türk Dünyası Olimpiadası qaliblərinin mükafatlandırılma mərasimi, Beynəlxalq SCIMAGO tədqiqat mərkəzinin reytinq cədvəlində Azərbaycan elminin yeri, Əlyazmalar İnstitutunun cari ildə fəaliyyəti, “Qlobal problemlərin həllinə yönələn multidissiplinar tədqiqatlar”, “Mənalı və dolğun alim ömrünün tarixçəsi”, “Məhəmmədəli Sidqinin şəxsi fondu”, “Elmi institutların kitabxanaları islahatlar ərəfəsində” sərlövhəli məqalələr, yeni nəşrlər, müsabiqə və s. informasiyalarla tanış ola bilərsiniz.

Xəbər lenti