Logo

UNEC-də təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparılır

03.06.2023 15:53 271 baxış
IMG

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2023/2024-cü tədris ilində müvafiq ixtisaslar üzrə ödənişli əsaslarla təkrar ali təhsil almaq istəyənlər üçün sənəd qəbulu aparılır.

UNEC-dən "Tehsil.biz"ə bildirilib ki, sənədlər avqustun 31-dək qəbul ediləcək. Təkrar ali təhsil almaq istəyənlər UNEC-in saytında qeyd olunan sənədləri elektron formada təqdim etməlidirlər.

Qeyd edək ki, 1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər yalnız diplomları mövcud qaydada Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən tanındıqdan sonra universitetdə təkrar ali təhsil ala bilərlər. 2023/2024-cü tədris ilində ödənişli əsaslarla təkrar ali təhsil almaq üçün ixtisasların siyahısı və əlavə məlumatla universitetin saytında tanış olmaq mümkündür.

Xəbər lenti