Logo

SİMA nazirliyin informasiya sisteminə inteqrasiya edilib

03.06.2023 10:17 227 baxış
IMG

İyunun 1-dən Elm və Təhsil Nazirliyinin informasiya sistemlərinə giriş buludəsaslı yeni nəsil rəqəmsal imza – SİMA ilə həyata keçirilməyə başlanılıb.

Tehsil.biz xəbər verir ki, sözügedən imza ilə Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sisteminin “Ali və orta ixtisas təhsili” altsisteminə giriş prosesi sadələşdiriləcək. 

Belə ki, ölkəmizdə fəaliyyət göstərən ali, orta ixtisas təhsili müəssisələri, həmçinin tabeliyində ali və orta ixtisas təhsili müəssisəsi və elmi təşkilatlar olan qurumların məsul şəxsləri www.atis.edu.az portalına daxil olduqları zaman şəxsiyyətin eyniləşdirilməsi SİMA vasitəsilə mümkün olacaq. Bununla da biometrik həllərə əsaslanan yeni nəsil rəqəmsal imza ilə sistemə daha etibarlı giriş təmin ediləcək.

Xəbər lenti