Logo

Regional Təhsil İdarəsinin rəisinə cinayət işi açıldı

03.06.2023 09:55 290 baxış
IMG

Quba-Xaçmaz Regional Təhsil İdarəsinin rəisi Rüfət Hacıyev barəsində Quba Rayon Prokurorluğunda cinayət işi açılıb. 

"Tehsil.biz"in Bizim.Media-ya istinadən məlumatına görə, Rüfət Hacıyev barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 308,1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi açılıb.

Prokurorluğa edilən şikayət əsasında aparılan araşdırmalardan sonra bu qərar qəbul edilib.

Qeyd edək ki, Rüfət Hacıyev ötən il aprelin 29-da elm və təhsil naziri Emin Əmrullayevin əmri ilə Quba-Xaçmaz Regional Təhsil İdarəsinə rəis təyin edilib. 

Xəbər lenti