Logo

Mingəçevir Dövlət Universiteti yaz imtahan sessiyasına tam hazırdır

02.06.2023 19:19 246 baxış
IMG

Mingəçevir Dövlət Universitetində (MDU) 2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasına və yekun dövlət attestasiyasına hazırlıqla bağlı bütün işlər vaxtında başa çatdırılıb.

Tehsil.biz xəbər verir ki, imtahan sessiyası Azərbaycan Respublikasının Elm və təhsil nazirinin “2022/2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının təşkili və keçirilməsi barədə” 17may 2023-cü il tarixli müvafiq əmrinin tələbləri əsasında təşkil ediləcəkdir. Qeyd olunan sənəd əsasında MDU üzrə verilmiş müvafiq əmrdə hər bir struktur bölməyə konkret tapşırıqlar verilib, dəqiq funksional iş bölgüsü aparılıb və imtahan sessiyasının mövcud qanunvericiliyin tələbləri çərçivəsində təşkili məqsədilə konkret addımların atılması nəzərdə tutulub.

MDU-da imtahan sessiyası 01 iyun – 05 iyul 2023-cü il tarixlərində təşkil ediləcəkdir. Tələbələrin aralıq qiymətləndirilməsi hər biri 10 bal olmaqla 5 suala verilən cavablar əsasında şifahi və yazılı şəkildə həyata keçiriləcəkdir.

Cari imtahan sessiyasıda baş tutacaq 800-dən çox imtahanda 2800-dən çox tələbə və magistrantın iştirakı gözlənilir. 23 ixtisas üzrə 549 nəfər tələbə yekun dövlət attestasiyasına, 14 ixtisas (ixtisaslaşma) üzrə 52 nəfər magistrant isə magistrlik dissertasiyasının müdafiəsinə buraxılacaqdır. Yekun dövlət attestasiyası və imtahan sessiyası ilə bağlı bütün texniki və təşkilati işlər vaxtında görülüb, tələbələrin cari qiymətləndirilməsi başa çatdırılıb, imtahan cədvəlləri təsdiq edilib, hər bir fənn üzrə imtahan sualları vaxtında tələbələrə çatdırılıb.

İmtahan sessiyasının obyektiv, şəffaf və mütəşəkkil keçirilməsini təmin etmək, eləcə də yаrаnа biləcək nеqаtiv hаllаrı dərhаl аrаdаn qаldırmаq və digər müvаfiq tədbirləri həyаtа kеçirmək məqsədilə “İmtahan Qərargahı”, “İmtahanlara dəstək qrupu” və “Apellyasiya Komissiyası” yaradılıb. Eyni zamanda, sessiya ərzində “Qaynar xətt”in (telefon və e-mail vasitəsilə) fəaliyyəti təmin ediləcək, rektorun iştirakı ilə “Açıq qapı” günləri keçiriləcəkdir.

Xəbər lenti