Logo

Mediasiya Şurasında təcrübə keçən BDU tələbələrinə sertifikat verilib - FOTO

02.06.2023 17:38 178 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) SABAH qruplarının Hüquqşünaslıq, Sosial münasibətlər və psixologiya fakültəsinin Sosial iş ixtisasları üzrə təhsil alan tələbələrinin Mediasiya Şurasında tədris- istehsalat təcrübələri başa çatıb.

Tehsil.biz xəbər verir ki, tədbirdə Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov, BDU-nun Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev, Elm və Təhsil Nazirliyinin SABAH qrupları layihəsinin İcra Komitəsinin rəhbəri Eldar Qocayev, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının prorektoru Elçin Xələfov iştirak edib.

Qeyd olunub ki, SABAH qruplarının Hüquqşünaslıq, Sosial münasibətlər və psixologiya fakültəsinin Sosial iş ixtisasları üzrə təhsil alan IV kurs tələbələri Mediasiya Şurasında tədris-istehsalat təcrübəsi zamanı lazımi praktiki biliklərə yiyələniblər. Tədris-istehsalat təcrübəsi Mediasiya Şurası ilə BDU arasında imzalanmış əməkdaşlıq haqqında memorandum çərçivəsində həyata keçirilib. Mediasiya Şurası hər il tələbələrin təcrübə proqramlarında iştirakını təmin edəcək.

Sonda təcrübə proqramını uğurla başa vurmuş tələbələrə sertifikatlar təqdim olunub.

Xəbər lenti