Logo

AzMİU-nun nümayəndələri Salyanda məktəblilərlə görüşüblər

02.06.2023 13:09 177 baxış
IMG

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nümayəndələri təbliğat-təşviqat kampaniyası çərçivəsində Şirvan-Salyan Regional Təhsil İdarəsinin tabeliyində olan məktəblərin şagirdləri ilə görüş keçiriblər.

Bu barədə "Tehsil.biz"ə AzMİU-dan bildirilib.

Görüşün məqsədi yuxarı sinif şagirdlərinə AzMİU barədə məlumat vermək, onlara ixtisas seçimində dəstək göstərmək olub.

Görüşdə AzMİU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev, Abituriyent Məsləhət Mərkəzinin əməkdaşları Surxay Əliyev, Aynurə Bayramova və Rəna Cəbrayılova, “Kainat” Tədris Mərkəzinin rəhbəri İlqar Ağakişiyev və mərkəzin Salyan filialının abituriyentləri iştirak ediblər.

Məktəblilərə AzMİU haqqında geniş məlumat verilib. Orxan Naqdiyev AzMİU-nun tarixi, fakültələri, ixtisasları, beynəlxalq əlaqələri, ikili diplom layihələri və universitetdəki mühitdən danışıb. Prorektor çıxışı zamanı qəbul qaydaları, xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtləri, tələb olunan göstəricilər ətrafında onları məlumatlandırıb.

Görüşün sonunda universitetlə bağlı tanıtım videoçarxı nümayiş olunub, məlumatlandırıcı bukletlər paylanılıb, abituriyentləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti