Logo

Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib

01.06.2023 16:27 179 baxış
IMG

N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Rəsədxanadan "Tehsil.biz"ə bildirilib ki, professor Nəriman İsmayılovun rəhbərlik etdiyi seminarda elmi işçi Günay Hacıyevanın “HD 207260 (Iae) ulduzunda qeyri-stasionarlıq və kimyəvi tərkib” mövzusunda məruzəsi dinlənilib.

Seminara təqdim olunan işdə HD 207260 (ν Cep (A2 Iae)) ifratnəhəng ulduzunun 2018-ci ildə Şamaxı Astrofizika Rəsədxanasının 2-m teleskopunda alınmış spektrləri əsasında Hα xəttinin profilinin dəyişməsi və spektral parametrləri tədqiq olunub. Həmçinin Kuruçun atmosfer modelləri əsasında ν Cep (A2 Iae) ifratnəhəng ulduzunun R=56000 spektral ayırdetmə ilə alınmış spektrləri əsasında atmosferin kimyəvi tərkibi tədqiq olunub.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

Xəbər lenti