Logo

AzMİU-da rektor imtahanların gedişini izləyib

01.06.2023 16:08 269 baxış
IMG

İyunun 1-dən etibarən Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) yaz semestrinin imtahan sessiyasına start verilib. İmtahan sessiyası iyulun 5-dək davam edəcək.

AzMİU-dan "Tehsil.biz"ə bildirilib ki, rektor Gülçöhrə Məmmədova imtahan prosesinin gedişini izləyib və tələbələrlə söhbət aparıb. AzMİU-da imtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun olaraq yazılı, test üsulları, qabiliyyət tələb edən fənlər üzrə isə ənənəvi qaydada fakültələrdə keçirilir. Ümumilikdə imtahanda 8000-dən çox tələbə iştirak edir.

2022-2023-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasında tələbələrin biliyinin qiymətəndirilməsində şəffaflığın və obyektivliyin təmin edilməsi məqsədilə rektor Gülçöhrə Məmmədova tərəfindən “İmtahan sessiyasının təşkili və keçirilməsi” barədə əmr imzalanıb. Əmrə əsasən, yazılı imtahan işlərinin şifrələnməsi, işlərin qiymətləndirilməsi üçün ekspertlərə təqdim olunması, yoxlama prosesinə nəzarət, şifrələrin açılması, universitetin elektron səhifəsinə daxil edilməsi işləri üzrə universitetin müəllim və əməkdaşlarından ibarət işçi qrupu formalaşdırılıb.

Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların, neqativ halların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədilə AzMİU-nun rəhbər və məsul şəxslərindən, universitetdə fəaliyyət göstərən ictimai təşkilatların nümayəndələrindən ibarət İmtahan Qərargahı yaradılıb.

İmtahan sessiyası dövründə birbaşa rektorun sədrliyi ilə yaradılmış Münaqişə (Apellyasiya) Komissiyası da fəaliyyət göstərəcək. Burada imtahanların nəticələri barədə müraciətlərə baxılacaq və aşkar edilmiş çatışmazlıqlar aradan qaldırılacaq.

Xəbər lenti