Logo

Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyində məktəblilərlə görüş olub - FOTO

01.06.2023 12:17 245 baxış
IMG

Bakı Mühəndislik Universiteti (BMU) və Koreya Respublikasının İNHA Universiteti arasında icra olunan ikili diplom proqramı (İDP) çərçivəsində maarifləndirmə və məlumatlandırma tədbirlərinin davamı olaraq Nizami Gəncəvi adına texniki və təbiət elmləri liseyində tədbir keçirilib.

Bu barədə "Tehsil.biz"ə BMU-dan məlumat verilib 

Bildirilib ki, tədbirdə BMU-İNHA İDP-nin idarə edilməsi bölməsinin proqram katibi Nurlan Astanov və bölmənin tələbələrlə iş üzrə mütəxəssisi Nurlanə Abaslı proqramın qəbul qaydaları, ixtisaslar, həmçinin ixtisaslar üzrə qəbul kvotası, qəbul şərtləri, müraciət proseduru, tədris prosesi, proqram məzunlarının əldə edəcəyi imkanlar və s. haqqında təqdimatlarla çıxış ediblər.

Sonra N.Gəncəvi adına texniki və təbiət elmləri liseyininin məzunu və hazırda BMU-İNHA İDP çərçivəsində İnşaat mühəndisliyi ixtisası üzrə təhsil alan 1-ci kurs tələbəsi Nilufər Bayramlı şagirdlərə proqram barədə təəssüratlarını çatdırıb, həmçinin tədris olunan fənlər, BMU-da tələbə həyatı haqda danışıb.

Görüşdə şagirdlərə məlumat kitabçaları paylanılıb və onları maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti