Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) daxili qrant müsabiqəsində qalib olan “Universitet-dövlət-sənaye (UDS) əlaqələrində effektiv kommunikasiya problemi: kim nə istəyir?” tədqiqat layihəsi UNEC Empirik Tədqiqatlar Mərkəzi və Bilik İqtisadiyyatı UNEC Tədqiqat Mərkəzinin tədqiqatçıları tərəfindən uğurla icra edilib.
Tehsil.biz xəbər verir ki, bu barədə UNEC Empirik Tədqiqatlar Mərkəzindən bildirilib
Qeyd olunub ki, layihənin nəticələri kitab halında çap edilərək iyunun 16-da universitetin rəhbərliyi, rəsmi şəxslər və özəl sektorun nümayəndələrinin iştirakı ilə ictimaiyyətə təqdim olunacaq.
Mərkəz mövzu üzrə tədqiqatları gələcəkdə daha da dərinləşdirməyi planlaşdırır.