Logo

İş yerini dəyişən müəllimlərə müsabiqə nəticələri göndərilib

01.06.2023 11:24 242 baxış
IMG

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsində uğur qazanan iştirakçıların şəxsi kabinetinə sənədlərin yoxlanılacağı məkan, tarix və saat barədə məlumatlar göndərilib.

Təhsil İnstitutunun nəzdində İnsan Resursları Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, sənəd yoxlanışına gələrkən şəxsiyyəti təsdiq edən sənədin əsli, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin əsli, əmək kitabçasının əslini təqdim edilməlidir.

Qeyd edək ki, sənəd yoxlanışı iyunun 7-dən 9-dək İnsan Resursları Mərkəzində (Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Mir Cəlal küçəsi 71) təşkil olunacaq.

Namizədlər şəxsi səhifəsində qeyd olunan tarixdə sənəd yoxlanışında iştirak etmədiyi halda bu, tutduğu vakant yerdən imtina kimi qeydə alınacaq.

Xəbər lenti