Logo

BDU könüllüləri DTX-nin Akademiyasının “Şöhrət” muzeyində

31.05.2023 18:58 311 baxış
IMG

Bakı Dövlət Universiteti (BDU) könüllüləri Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Heydər Əliyev adına Akademiyasının “Şöhrət” muzeyini ziyarət ediblər.

Bu barədə "Tehsil.biz"ə universitetdən bildirilib.

BDU könüllüləri əvvəlcə Ulu Öndər Heydər Əliyevin Akademiyanın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri düzüblər. Sonra “Şöhrət” muzeyində Ümummilli Lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətini əks etdirən fotostendlər və eksponatlarla tanış olublar.

“Şöhrət” muzeyinin eksponat və stendlərində olan unikal sənədlər, arxiv materialları Ulu Öndərin həyat və fəaliyyətini, mənalı və şərəfli ömür yolunu, xalqımızın tarixində və taleyində oynadığı misilsiz rolu, o cümlədən təhlükəsizlik orqanlarındakı xidmət dövrü haqqında məlumatları əks etdirir.

Xəbər lenti