Logo

Təhsil krediti almaq istəyən tələbələrin NƏZƏRİNƏ

31.05.2023 18:45 292 baxış
IMG

Yaz sessiyasında təhsil krediti almaq istəyən tələbələrin müraciətləri iyunun 15-dək qəbul olunur.

Bu barədə "Tehsil.biz"ə Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, yaz sessiyası üçün təhsil tələbə krediti almaq istəyən tələbələr notarial qaydada təsdiqlənmiş ərizə ilə elektron informasiya sisteminə müraciət edə bilərlər. Müraciətlər bayram günləri və həftəsonu da daxil olmaqla, hər gün qəbul edilir.

Qeydiyyat yekunlaşdıqdan sonra belə müraciətlərin emalı davam edəcək.

Xəbər lenti