Logo

II Xırdalan Kitab Sərgisi baş tutacaq

31.05.2023 18:14 276 baxış
IMG

2, 3, 4 iyun tarixlərində Abşeron rayonu Xırdalan şəhəri Heydər Əliyev adına parkda II Xırdalan Kitab Sərgisi baş tutacaq.

Tehsil.biz xəbər verir ki, sərgi Abşeron-Xızı Regional Təhsil İdarəsi, Abşeron Rayon İcra Hakimiyyəti, Sumqayıt Regional Mədəniyyət İdarəsi və Azərbaycan Nəşriyyatları Assosiasiyasının birgə təşkilatçılığı ilə keçiriləcək. 

Açılışda və növbəti günlərdə şagirdlərin iştirakı ilə maraqlı təqdimatlar, konsert proqramları, yazıçılarla görüş və imza saatları keçiriləcək.

Sərgi üç gün ərzində saat 10:00-dan 20:00-a qədər davam edəcək.

Xəbər lenti