Müasir dövrün gənclərinin bir hissəsi xaricdə təhsil almağa üstünlük verirlər.
Xaricdə təhsil almağın üstün cəhətlərini bilmək üçün orada oxuyan tələbələrdən məlumat ala bilərsiniz. Xaricdə təhsil - yeni imkanlar,yeni tanışlıqlar,görmədiyiniz maraqlı tarixi yerləri görmək imkanı deməkdir. Siz təkcə bu yerləri görməklə kifayətlənməyib, qonşuluqda yerləşən ölkələrə də səyahət edə bilərsiniz.
Yeni ölkə görmək yeni mədəniyyətlə tanışlıq deməkdir. Fərqli mədəniyyətləri öyrənmək gənc insanın dünyagöruşündə müsbət yeniliklər yaradacaq.
Xaricdə təhsil almanın üstünlüklərindən biri də yeni xarici dil öyrənmək olacaq. Xaricdə təhsilinizi bitirib geri döndüyünüzdə artıq yeni mədəniyyət biliklərinizlə, yeni dil bacarıqlarınızla daha fərqli dünyagörüşü ilə iş üçün müraciət etdiyiniz şirkətlərin daha çox diqqətini çəkəcəksiniz. . Gələcəkdə işə götürülən zaman sizə üstünlük veriləcək.
Xaricdə oxumaq fürsətini əldən verməyin. Fərqli təcrübə, mədəniyyət, yeni dil imkanını qaçırmayın.
Təhsilinizi xaricdə davam etmək qərarını almısınızsa, sənədlərin hazırlanmasına başlaya bilərsiniz. Yaxşı olardı ki,bu qərarı son anda deyil əvvəlcədən alıb rahat, planlı şəkildə hazırlaşasınız.
Əlavə olaraq, onu da qeyd edək ki, xaricdə təhsil almaq üçün ən əsas dil bilikləriniz, ingilis dili, rus dili, və yaxud da Beynəlxalq sertifikatlarınız, SAT, İELTS, TOEFL olmalıdır. Siz dil kurslarında bu bilikləri və sertifikatları əldə edə bilərsiniz. Ən əsası odur ki,əvvəlcədən araşdırıb hansı ölkəyə gedəcəyinizi,hansı dili öyrənəcəyinizə qərar verəsiniz. Yəni gələcəkdə perspektiv vəd edən dillər arasından seçim etsəniz, yanılmazsınız.
QEYD: İngilis dili səviyyəniz yaxşı olsa da Erasmus kimi 6 aylıq exchange programlarında sizə İELTS sertifikatı lazım olacaq. Buna görə də İELTS sertifikatınızın olması sizi digərlərində 1 addım olmağınıza gətirib çıxaracaq və ya xaricde beynelxalq layiheler teklif eden sirketlere müraciət edə bilərsiniz.
Xaricdə təhsil almaq üçün nə etməli?
Bu sual bir çox tələbəni maraqlandıran vacib və maraqlı bir sualdır. Hansı şərtlər tələb olunur? Kimlər xaricdə təhsil almaq hüququna sahibdir? İlk şərt xarici dil bilməkdir.
Xarici universitetlərin əksəriyyətində təhsil ingilis dilində olduğu üçün beynəlxalq ingilis dili sertifikatları bugün çox məşhurdur. Xüsusilə də İELTS, TOEFL, TESTDAF və s.
Növbəti addım:
- Təqaüd proqramları tapılmalıdır
- Tələb olunan sənədlər hazırlanmalıdır
- Müsahibədən keçmək
- Viza almaq
Xaricde həm bakalavr həm də magistr pilləsi üzrə təhsil almaq olar. Bakalavr təhsili bəzi ölkələrdə 3 (Avropa), bəzi ölkələrdə 4 (MDB, Amerika), bəzilərində isə 5 illik ola bilər. Hal hazırda 3-4 illk proqramlar dünyada daha geniş yayılmışdır.
Xaricdə təhsillə bağlı Azərbaycanda bugün bir çox şirkətlər məşğul olur. Təhsil şirkətləri sizin sənədlərinizi hazırlayaraq xarici universitetlərə qəbul olmanıza köməklik edir.
Xaricdə təhsil almaq üçün lazım olanlar aşağıdakılardır:
- Müəyyən qədər büdcə. Bu müraciət etdiyiniz proqrama görə dəyişir.
- Xarici pasport
- Diplom-master və PhD nazmizədlər üçündür. Təhsilin son ilində olanlar üçünsə arayış lazımdır.
- Bakalavr təhsili almaq üçün attestat
- Transkript (diplom əlavəsi)
- Motivasiya məktubu (motivation letter) – özünüz yaza bilər və ya daha təcrübəli birinə yazdıra bilərsiniz.
- Tövsiyyə məktubu (recommendation letter) – başqasına yazdırsanız daha məsləhtdir . Xaricdə əksər universitetlər 2, bəzən sə 3 tövsiyyə məktubu tələb edirlər. Bu məktubu sizin üçün müəllimlərləriniz və ya iş yerinizdə müdiriniz yaza bilər. Bəzən müəllimin şəxsi emaili ilə göndərilməsini tələb edən universitetlər də ola bilər.
- Sertifikat – qəbul olmaq istdiyiniz uniyə uyğun olaraq rəsmi IELTS, GMAT,SAT ingilis dili və s.
- Digərləri – pasport, sağlamlıq kağızı, universitet tələblərinə uyğun sənədlər və müsahibə ola bilər.
Əgər İngilis dilində təhsil almısınızsa bəzi hallarda sizdən sertifikat tələb olunmaya bilər.
Xaricdə həm bakalavr həm də magistr təhsili almaq mümkündür və son zamanlar demək olar ki çətin deyil.
Xaricdə bakalavr təhsili almaq üçün bir neçə yollar var.
Buna görə də ölkələri iki qrupa bölmək olar:
- Azərbaycanda 11-ci sinifi bitirən şagirdi birbaşa qəbul edən ölkələr;
- Azərbaycanda 11-ci sinifi bitirib kurs keçdikdən sonra qəbul edən ölkələr.
Şagirdlərin 11-ci sinifi bitirdikdən sonra imtahan verib birbaşa bəzi ölkələrin universitetlərinə qəbul ola bilərlər.
Bu ölkələr aşağıdakılardır:
- Türkiyə attestatla təhsil
- Amerika Birləşmiş Ştatları
- Kanada
- Hollandiya ( bəzi hallarda)
- Böyük Britaniya (Foundation)
- Almaniya (özəl universitetlər)
- Macarıstan
- Latviya və s.
Elə ölkələr vardır ki, Azərbaycanda 11-ci sinfi bitirən şagirdi birbaşa qəbul etmir. Bunun da səbəbi həmin ölkələrdə orta məktəbin 12 və 13 illik olmasıdır.
Buna görə də həmin ölkələrin universitetlərində təhsil almaq üçün iki şərt var: ya həmin ölkədə 1 illik “Foundation” keçməlisiniz və yaxud da Azərbaycanda 1 və ya 2 il bakalavr təhsili almalısınız.
Xaricdə bakalavr tehsili üçün hansı imtahanlar tələb olunur?
Xaricdə təhsil almaq üçün əsasən İELTS və TOEFL imtahanları tələb olunur. Bu imtahanlar ingilis dilində təhsil almaq istəyənlər üçündür. Əgər xarici ölkələrdə təhsil almaq istəyirsinizsə bu imtahlardan mütləq keçməlisiniz. Amma elə universitetlər də var ki, bu imtahanları tələb etmir. Yalnız özünün tələb etdiyi imtahanla tələbə qəbul edir. Lakin başqa imtahanlar tələb edən universitetlər də var. Məsələn, Türkiyə universitetlərində təhsil almaq üçün SAT imtahanı verməlisiniz. SAT imtahanını həmçinin ABŞ və Kanada universitetləri də qəbul edir.
Xaricdə təhsil almaq üçün yaş həddi 17 və 18-dir. Bu ölkələrə görə dəyişir.
Xaricdə bakalavr təhsili almaq üçün attestat qiymətləri də mühüm rol oynayır. Çalışmaq lazımdır ki, attestatda orta qiymət 4-dən yuxarı olsun. Bakalavr pilləsi üçün gedəcəyiniz ixtisasa uyğun olan fənlər 4 və ya 5 olsa qəbul şansınız da artacaq.
Xarici universitetlərə TQDK balı ilə qəbul Türkiyə universitetləindən başqa heç bir xarici universitetlər TQDK balı ilə tələbə qəbul etmir. Ona görə də xaricdə təhsil almaq istəyirsinizdə TQDK imtahanına hazırlaşmaq lazım deyil.
Xaricdə təhsil üçün attestat almağınız və bir də İELTS və TOEFL imtahanlarına hazırlaşmağınız kifayətdir.
Təhsil forması əyani, distant və qiyabi olur. Xaricdə təhsilin qiyabi formasına maraq günü-gündən artmaqdadır. Bəzən qiyabi təhsillə distant təhsili səhv salırlar. Qiyabi təhsil zamanı ildə iki 2-3 günlük universitetə getmək lazımdır. Distant təhsildə isə buna ehtiyac yoxdur. Sizə sadəcə sürətli internet lazımdır.
Xaricdə qiyabi təhsil aldığınız zaman ildə iki dəfə universitetə getməyiniz kifayətdir. Bununla da həm də digər ölkə də yaşamaq xərclərindən - yataqxana, yemək pulundan azad olursunuz.
Xaricdə qiyabi təhsil aldığınız müddətdə ildə iki dəfə semestr vaxtı universitetə getməyiniz tələb olunur. Xaricdə qiyabi təhsil almaq istəyənlər daha çox hazırda işləyən və ya karyerasında yüksəlmək istəyi olanlardır.
Tələbələr Rusiya, Ukrayna, Türkiyə və s. kimi ölkələrdə qiyabi təhsil ala bilərlər.
Bəzi Avropa ölkələrində qiyabi təhsil almaq mümkün olmur. Buna səbəb vizanın verilməməsidir. Bunun əvəzinə xaricdə distant təhsil almaq olar.
İngiltərə və Hollandiya universitetlərində qiyabi təhsil daha keyfiyyətlidir.
Türkiyədə heç bir imtahan vermədən attestla qiyabi təhsil almaq mümkündür. Türkiyədə qiyabi təhsil almaq üçün illik təhsilhaqqı 1200 TL-dir. Azərbaycan manatı ilə illik 360 manatdır. Türkiyədə qiyabi təhsil müddəti 4 ildir və cəmi 10 ixtisas üzrə təhsil ala bilərsiniz.
Xaricdə təhsil üçün başqa nə etməli?
- Xarici dil öyrənmək
- Akademik göstəricilər yaxşı olmalıdır
Akademik göstəricilər tələbənin seçdiyi universitetdən asılı olaraq dəyişiklik göstərən faktordur. Bəzi universitetlərin seçim kriteriyalarında Orta Müvəffəqiyyət Göstəricisi (GPA) ən vacib faktor sayıla bilir. GPA – nı yüksək saxlamaq üçün universitetdən əlavə fəaliyyətdən qalmamaq lazımdır.
Türkiyədə bəzi universitetlər var ki, akademik göstəriciləri yüksək olan tələbələr tələbə mübadiləsi prosesi vasitəsilə avropa universitetlərinə çıxış edə bilərlər.