Logo

Məktəblilər Tarix İnstitutunda olublar

31.05.2023 17:12 182 baxış
IMG

Nizami rayonu 70 nömrəli məktəb-liseyin V, VII, VIII sinif şagirdləri AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunda olublar.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

İnstitutun icraçı direktoru tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev və elmi katib Ellada Bəkirova məktəblilərə müəssisədə aparılan tədqiqatlar barədə ümumi məlumat verib, onları elmi-tədqiqat şöbələri, institutun nəşrləri ilə tanış ediblər.

Görüşdə şagirdləri maraqlandıran suallar cavablandırılıb.

Xəbər lenti