Bakı Dövlət Universitetinin (BDU) “SABAH” qruplarının Kompüter elmləri ixtisasının II kurs tələbəsi Məzahim Axundov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən həyata keçirilən “Technest” təqaüd proqramının qalibi olub.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Bildirilib ki, “Technest” təqaüd proqramının məqsədi informasiya texnologiyaları üzrə milli kadrların yetişməsini sürətləndirmək, bu sahədə mövcud çatışmazlıqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir.
“Technest” məktəbli, tələbə və məzunları İKT sahəsində peşəkar və ödənişsiz təlimlərlə təmin edən, gənclərin gələcəkdə startaplar qurmasında önəmli rol oynayan əməkdaşlıq müstəvisidir.