Logo

Azərbaycanlı alimin məqaləsi Moskvada dərc olunub

31.05.2023 16:23 254 baxış
IMG

AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent, Əməkdar incəsənət xadimi Suraya Ağayevanın müəllifi olduğu məqalə Rusiya Musiqi Akademiyasının nəşri olan “История и антропология музыки мусульманского мира” adlı kitabın II buraxılışında məqaləsi dərc edilib.

Bu barədə "Tehsil.biz"ə AMEA-dan bildirilib.

Suraya Ağayevanın “Əbdülqadir Marağainin musiqi elminin inkişafına verdiyi töhfə” məqaləsində Azərbaycanın görkəmli musiqiçi alimi Əbdülqadir Marağainin (1354-1435) həyat və yaradıcılığı, Türk xalqlarının musiqi mədəniyyəti haqqında az məlum olan faktlar işıqlandırılır, Marağainin törəmələri və davamçıları haqqında məlumat verilir.

Məqalənin müəllifi Əbdülqadir Marağainin və orta əsrlərin digər alimlərinin əlyazma mənbələrinin tədqiqinin nəticələrinə əsaslanır.

Xəbər lenti