Logo

Gənc tədqiqatçı İtaliyada Milli Nüvə Fizikası İnstitutunun konfransında - FOTO

31.05.2023 15:44 217 baxış
IMG

Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin Nanoaraşdırmalar elmi-tədqiqat laboratoriyasının gənc tədqiqatçısı Günel Əliyeva İtaliyanın Roma şəhərində Milli Nüvə Fizikası İnstitutunda ənənəvi təşkil olunan “Nanoelm və nanotexnologiya 2023” konfransında iştirak edib.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, Günel Əliyeva konfransda “Qeyri-kovalent qarşılıqlı təsirlərə əsaslanan Şiff əsasları ilə qrafen oksid nanolaylarının səthi funksionallaşdırılması” adlı məruzə ilə çıxış edib. Məruzəyə təqdim edilən tədqiqat işində qrafen oksidin sintezi və müasir fiziki-kimyəvi tədqiqat üsulları vasitəsilə tədqiqi haqqında məlumat verilib. Son beş ildə kimyəvi tədqiqatların yeni sahəsi olan supramolekulyar quruluşların hədəfli dərman çatdırılmasında tətbiqindən bəhs edən Günel Əliyeva bir neçə hissənin assosiasiyasından (kovalent və ya olmayan) əmələ gələn mürəkkəb strukturlara və bu yüksək mürəkkəbliyin nəticəsi olan yeni kimyəvi xüsusiyyətlərə diqqət çəkib.

Günel Əliyevanın məruzəsindən sonra yeni strukturların ekoloji problemlərin həllində tətbiqi və bu istiqamətdə əməkdaşlığın yaradılması haqqında müzakirələr aparılıb.

Xəbər lenti