Logo

"Təhsil haqqında” qanuna dəyişikliklər edilir

31.05.2023 15:30 371 baxış
IMG

"Təhsil haqqında” qanuna dəyişikliklər edilir. Təhsil müəssisələrində sertifikatlaşma üçün əvvəlki kimi 5 deyil, 3 il tələb olunur.

Tehsil.biz xəbər verir ki, “Təhsil haqqında” qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda Milli Məclisin mayın 30-da keçirilən iclasının gündəliyinə daxil edilib.

Qanun layihəsinə əsasən peşə təhsili müəssisələrində təhsilalanlar tərəfindən təhsil müəssisəsinin, ixtisasın dəyişdirilməsi, onların təhsil müəssisəsindən xaric və ya təhsil müəssisəsinə bərpa olunması, habelə təhsilalanların təhsilini müvəqqəti dayandırması (onlara akademik məzuniyyətin verilməsi) qaydaları müəyyən edilir.

Təhsilin bir pilləsindən və ya səviyyəsindən digərinə keçid zamanı təhsil proqramının (ixtisasın) uyğunluğuna dair tələbləri müəyyən edilir, həmçinin ali və orta ixtisas təhsili müəssisələri tələbələrinin ixtisas üzrə təcrübə keçmə qaydası təsdiq edilir.

Altmış və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllüdür.

Qanun layihəsi səsvermədən sonra ikinci oxunuşda qəbul edilib.

Xəbər lenti