Logo

ADPU-nun alimlərinin əsəri Almaniyada nəşr olunub

31.05.2023 15:16 234 baxış
IMG

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Tarix və coğrafiya fakültəsinin Ümumi pedaqogika kafedrasının müdiri professor İramin İsayev və kafedranın dosenti Müslüm Nəzərovun “A.O.Çernyayevskinin pedaqoji irsinin tədqiqi tarixindən” kitabı Almaniyada ingilis dilində nəşr olunub.

Bu barədə "Tehsil.biz"ə ADPU-dan məlumat verilib.

Kitabda Azərbaycan məktəbi və pedaqoji fikrinin inkişafında, müəllim və pedaqoji kadrların hazırlanmasında xüsusi xidmətlər göstərmiş görkəmli maarif xadimi A.O.Çernyayevskinin pedaqoji fəaliyyəti və pedaqoji görüşlərindən, eyni zamanda, onun XIX əsrin ikinci yarısında Azərbaycan-Rusiya pedaqoji əlaqələrinin qurulmasında rolundan bəhs olunur.

Xəbər lenti