Logo

Yaz sessiyasında 6012 tələbə təhsil krediti alıb

31.05.2023 14:48 241 baxış
IMG

Cari tədris ilinin yaz sessiyasında təhsil tələbə krediti (TTK) almaq üçün müraciət edənlərin statistikası açıqlanıb.

Təhsil Tələbə Krediti Fondundan "Tehsil.biz"ə bildirilib ki, bu günə qədər 7379 tələbə kredit almaq üçün müraciət edib. Onlardan 310 nəfərin müraciəti natamam olub, 289 nəfərin müraciəti emal mərhələsindədir. Habelə 510 nəfərin müraciətinə imtina cavabı verilib, 258 nəfərin müraciəti isə banka yönləndirilib.

Yaz sessiyası üzrə 6012 nəfərə TTK verilib. Onların arasından 2101 nəfərin müraciəti sosial TTK, 3911 nəfərin müraciəti isə standart TTK olaraq rəsmiləşdirilib.

Xəbər lenti