Logo

BMU tələbələrinin hazırladığı dronlar FHN Akademiyasındakı sərgidə nümayiş etdirilib - FOTO

31.05.2023 12:41 310 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) bir qrup əməkdaş və tələbələri Fövqəladə Hallar Nazirliyinin (FHN) Akademiyasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar təşkil olunan konfrans və sərgidə iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, universitetin Mühəndislik fakültəsinin əməkdaşları-dekan Hüseyn Mirzəyev, dekan müavini Osman  Mirzəyev, Logistika və nəqliyyat texnologiyaları kafedrasının müdiri Bəxtiyar Namazovun qatıldığı sərgidə fakültə tələbələri tərəfindən hazırlanmış robot və dronlar nümayiş olunub.

BMU-nun stendində tələbələr tərəfindən sərgilənən layihələr ziyarətçilərin və FHN Akademiyasının rəisi, general-mayor Baba Salayevin marağına səbəb olub. Stendlə yaxından tanış olan general-mayor Baba Salayevin layihələrlə, xüsusilə hazırlanan dronlarla bağlı suallarını BMU tələbələri ətraflı cavablandırıblar.

Tədbirin sonunda tələbələr Akademiyanın müxtəlif təyinatlı laboratoriyaları ilə də tanış olublar.

 
 

Xəbər lenti