Logo

Doktoranturaya xarici dillər üzrə qəbul imtahanına qeydiyyatı başa çatır

31.05.2023 11:44 183 baxış
IMG

Namizədlərin doktoranturaya xarici dillər üzrə qəbul imtahanı, həmçinin doktoranturada oxuyan iddiaçıların xarici dillər üzrə fəlsəfə doktoru imtahanında iştirak etmələri üçün qeydiyyatı başa çatır.

Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə verilən məlumata görə, imtahanda iştirak etmək üçün qeydiyyat bu gün saat 23:59-dək davam edəcək.

İştirakçılar DİM-in internet saytında “Şəxsi kabinet" (http://ekabinet.dim.gov.az) yaratmalı (Şəxsi kabineti olmayanlar) və xarici dil üzrə imtahanda iştirak etmək üçün qeydiyyatdan keçməlidirlər.

Xatırladaq ki, xarici dillər üzrə qəbul və xarici dillər üzrə fəlsəfə doktoru imtahanı 2023-cü il iyunun 11-də, əcnəbilər üçün Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanının iyunun 12-də keçirilməsi nəzərdə tutulur. Danışıq bloku üzrə imtahanın isə iyunun 16-dan etibarən bir neçə gün ərzində keçirilməsi planlaşdırılır.

Xəbər lenti