Logo

BMU tələbələri Respublika Olimpiadasında uğur qazanıblar

31.05.2023 11:17 249 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələri ali məktəb tələbələri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Elm festivalı" çərçivəsində Fizika, Riyaziyyat və Kimya fənləri üzrə Respublika Olimpiadasının qalibləri sırasında yer alıblar.

Tehsil.biz xəbər verir ki, Elm və Təhsil Nazirliyinin dəstəyi, Bakı Dövlət Universiteti və Təhsil İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan Olimpiadada BMU-nun Pedaqoji fakültəsinin Fizika müəllimliyi ixtisasının IV kurs tələbəsi Arzu Alxanova (Fizika fənni üzrə) III yeri qazanıb.

Olimpiadada BMU-nun digər tələbələri də uğur əldə ediblər. Universitetin Kimya müəllimliyi ixtisasının III kurs tələbəsi Xədicə Abdullazadə (Kimya fənni üzrə), Kimya müəllimliyi ixtisasının III kurs tələbəsi Ləman Məmmədova (Kimya fənni üzrə) və Riyaziyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Amin Rzayev (Riyaziyyat fənni üzrə) həvəsləndirici yerlərə layiq görülüblər.

Olimpiadada 10 ali təhsil ocağından ümumilikdə Fizika fənni üzrə 61, Riyaziyyat fənni üzrə 94, Kimya fənni üzrə 60 tələbə iştirak edib. Müsabiqənin nəticələrinə əsasən, 30 tələbə Olimpiadanın qalibi (3 nəfər I yer,  6 nəfər II yer, 9 nəfər III yer, 15 nəfər həvəsləndirici yer) olub.

Xəbər lenti