Logo

Azərbaycanlı filosofun məqaləsi İndoneziyada çap olunub - FOTO

31.05.2023 09:27 166 baxış
IMG

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun Multikulturalizm və tolerantlıq fəlsəfəsi şöbəsinin müdiri, fəlsəfə elmləri doktoru Xatirə Quliyevanın “Dünya şöhrətli alim Lütfi A. Zadənin Azərbaycan “Era”sı tarix fəlsəfəsi kontekstində” (“World Famous Scientist Lutfi Zade's Azerbaijan “Era” in the Context of History Philosophy”) adlı məqaləsi İndoneziyanın “Journal of Pedagogy and Education Science” jurnalında (s.156-170) çap olunub.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, məqalə alimin İngiltərənin “Cambridge Scholars” nəşriyyatı ilə müqavilə əsasında çapa hazırlanan “Lütfi A.Zadənin dövrü, dünyagörüşü və fəlsəfi baxışları” (“The Era, Worldview and Philosophical Views of Lotfi A. Zadeh”) monoqrafiyası əsasında yazılıb. Məqalədə Azərbaycan əsilli dünyaşöhrətli alim Lütfi Zadənin Azərbaycan dövrü və Azərbaycançılıq idealı yeni mənbələr əsasında tarix fəlsəfəsi kontekstində təhlil edilərək dəyərləndirilib.

Xəbər lenti