Logo

Neft və Qaz İnstitutu ilə Rusiyanın Neft və Qaz Problemləri İnstitutu əməkdaşlıq edəcək - FOTO

31.05.2023 00:20 283 baxış
IMG

Elm və Təhsil Nazirliyinin Neft və Qaz İnstitutunun təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan neft strategiyası: neft-qaz geologiyası və geotexnologiyalarında irəliləyişlər” mövzusunda beynəlxalq elmi-praktiki konfransda Neft və Qaz İnstitutu ilə Rusiyanın Neft və Qaz Problemləri İnstitutu arasında memorandum imzalanıb.

Bu barədə "Tehsil.biz"ə institutdan bildirilib.

Memorandumu Neft və Qaz İnstitutu tərəfindən baş direktor, akademik Fəxrəddin Qədirov, Neft və Qaz Problemləri İnstitutu tərəfindən Rusiya Elmlər Akademiyasının müxbir üzvü, elmi işlər üzrə direktor müavini Vasili Boqoyavlenski imzalayıblar.

İmzalanmış memorandumda müqaviləyə uyğun olaraq birgə geoloji və geofiziki tədqiqatların aparılması üçün elmi və texniki əməkdaşlıq məsələləri öz əksini tapıb. Elmi və texniki əməkdaşlığın Yerin və okeanın dibinin geoloji quruluşunun öyrənilməsi, təbii, təbii-texnogen və ekoloji proseslərin inkişafının müəyyənləşdirilməsi və öyrənilməsi üzrə planlaşdırılır.

Birgə çöl tədqiqatlarının təşkili və aparılması, habelə müxtəlif geoloji və geofiziki məlumatların, o cümlədən kosmosdan Yerin zondlanması, pilotsuz uçuş aparatlarından istifadə etməklə əldə edilən məlumatların emalı və şərhi nəzərdə tutulub.

Xəbər lenti