Logo

Nobel mükafatı laureatı vəfat edib

30.05.2023 22:09 298 baxış
IMG

Alman həkim və alim, virusoloq, 2008-ci ildə fiziologiya və ya tibb üzrə Nobel mükafatı laureatı Harald zur Hausen dünyasını dəyişib.

Tehsil.biz xarici KİV-ə istinadən əbər verir ki, o, 88 ysşında vəfat edib.

Harald zur Hausen 1936-cı il martın 11-də Gelzenkirxendə anadan olub. O, Bonn, Hamburq və Düsseldorf Universitetlərində tibb təhsili alıb, 1960-cı ildə tibb elmləri doktoru dərəcəsini alıb.

1960-cı illərin ortalarında Filadelfiyaya (ABŞ) köçüb, burada əvvəlcə məşhur Filadelfiya Uşaq Xəstəxanasının Virusologiya Laboratoriyasında işləyib sonra Pensilvaniya Universitetində dərs deyib.

1983-2003-cü illərdə Haydelberqdəki Alman Xərçəng Araşdırma Mərkəzinə rəhbərlik edib.

Qeyd edək ki, Zur Hausen xərçəngə səbəb olan insan papillomaviruslarına qarşı peyvəndin yaradılmasının əsasını qoyub. Hazırda dünyada milyonlarla insan bu elmi nailiyyətdən bəhrələnir.

Xəbər lenti