Logo

ADU-da “Xüsusi uşaqlar, xüsusi yanaşmalar” adlı təlim keçirilib

30.05.2023 19:41 219 baxış
IMG

Azərbaycan Dillər Universitetinin (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzində “Xüsusi uşaqlar, xüsusi yanaşmalar” adlı təlim keçirilib.

Bu barədə "Tehsil.biz"ə ADU-dan bildirilib.

Təlimin Pedaqogika kafedrasının müdiri, İnklüziv Təhsil Mərkəzinin rəhbəri dos.Nigar Zeynalova və Nitq İnkişaf Mərkəzinin rəhbəri loqoped Esmira Kazımova arasındakı razılaşmaya əsasən reallaşdırıldığı bildirilib.

Dos. Nigar Zeynalova "Xüsusi təhsil milli və beynəlxalq müstəvidə", Günay Seyidova "İnklüziv təhsil sahəsində maarifləndirmə işlərinin əhəmiyyəti", Aygün Qasımova "Xüsusi təhsildə tədris olunan fənlər və onların metodikası", Esmira Kazımova "Nitq qüsurları və loqopedik yoxlanış", Natiq Kamilov "Uşaqlarda fiziki inkişaf göstəriciləri", Siddiqə Qasımova "Görmə məhdudiyyətli uşaqlarla korreksiya işi" mövzularında çıxış ediblər.

Təlim korreksiyaedici təlim sahəsində fəaliyyət göstərən mütəxəssis və tələbələr üçün nəzərdə tutulub.

Sonda iştirakçılara sertifikat, təlim spikerlərinə isə təşəkkürnamə təqdim olunub.

Qeyd edək ki, İnklüziv Təhsil Mərkəzində sahə üzrə inkişafın təmin edilməsi məqsədilə silsilə maarifləndirici tədbirlərin həyata keçirilməsi ənənəsi formalaşıb.

Prosesin davam etdirilməsi nəzərdə tutulur.

Xəbər lenti