Logo

Bu fənlər üzrə sınaq imtahanının nəticəsi elan olunub

30.05.2023 17:54 338 baxış
IMG

27 may 2023-cü il tarixində Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin qabiliyyət tələb edən musiqi sənəti istiqaməti üzrə ixtisasların Harmoniya və solfecio, Musiqi nəzəriyyəsi və solfecio fənləri üzrə sınaq imtahanı keçirib.    

Tehsil.biz xəbər verir ki, imtahan nəticələri DİM-in internet səhifəsində yerləşdirilib.

Abituriyentlər imtahan nəticələri haqqında məlumatı mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə bu imtahan üçün nəzərdə tutulan buraxılış vərəqəsində göstərilən kodu 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

İmtahanda 168 nəfər iştirak edib.

“Harmoniya və solfecio”, “Musiqi nəzəriyyəsi və solfecio” fənlərinin hər biri üzrə iştirakçılara 30 qapalı tipli tapşırıq təqdim olunub.

Qeyd edək ki, qiymətləndirmə fənlərin hər biri üzrə 10 ballıq şkalada aparılır.

Doğru cavablandırılan
tapşırıqların sayı

 Qiymətləndirmə
 (balla)

 28-30

 10

 25-27

 9

 22-24

 8

 19-21

 7

 16-18

 6

 13-15

 5

 10-12

 4

 7-9

 3

 4-6

 2

 1-3

 1

 0

 0

Xəbər lenti