Logo

BMU-nun tələbələrdən ibarət komandası “Enactus Biznes Məktəbi"ndə birinci yerə layiq görülüb - FOTO

30.05.2023 14:13 387 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) tələbələrdən ibarət (Mahmud Səmədzadə, Aynurə Məmmədova, Aysu Ağayeva, Saleh Əşrəfov) komandası “Enactus Biznes Məktəbi” layihəsi çərçivəsində təşkil olunan müsabiqədə birinci yerə layiq görülüb.

Tehsil.biz xəbər verir ki, qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının dəstəyi və “Enactus Azərbaycan"ın təşkilatçılığı ilə "Gənclər paytaxtı" Mingəçevirdə gerçəkləşdirilən tədbirdə mükafatlandırılıb.

BMU komandası yarışmada “MİDYE” layihəsi ilə təmsil olunub. Birinci yerə layiq görülən layihə neft və ya sənaye tullantıları ilə kirlənmiş suyun arındırılmasını və suyun kirlilik miqdarının 5-6 dəfə azaldılmasını nəzərdə tutur.

Qeyd edək ki, 25-28 may tarixində keçirilən “Enactus Biznes Məktəbi”ndə 20 fərqli universitetdən komandalar iştirak edib.

Xəbər lenti