Elm və Təhsil Nazirliyinin Dendrologiya İnstitutunun əməkdaşları Türkiyənin Siirt Universitetinin Kənd təsərrüfatı fakültəsinin “Akademik söhbətlər-10” tərəfindən onlayn keçirilən “Zəlzələ zamanı və sonrasında ictimai açıq yaşıllıqların əhəmiyyəti” mövzusunda seminarda iştirak ediblər.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
İnstitutun baş direktoru vəzifəsini icra edən, b.ü.f.d., dosent Minarə Həsənova “Abşeron şəraitində introduksiya olmuş bəzi bitkilərin şəhər yaşıllaşdırmasında tətbiqi”, Bəzək memarlığı laboratoriyasının müdiri, b.ü.f.d., dosent Şəlalə Gülməmmədova “Abşeronun park-bağlarında dekorativ bitkilərin öyrənilməsi” mövzusunda məruzələrlə çıxış ediblər.