Logo

BMU əməkdaşı “Cümhuriyyət” zirvəsinə yürüşdə iştirak edib - FOTO

30.05.2023 12:51 327 baxış
IMG

Bakı Mühəndislik Universitetinin (BMU) əməkdaşı - Ümumi fənlər kafedrasının baş müəllimi, tarix üzrə fəlsəfə doktoru Elnur Nəciyev “Cümhuriyyət” zirvəsinə yürüşdə iştirak edib.

Tehsil.biz xəbər verir ki, "Azərbaycan Dağ Bələdçisi" komandası tərəfindən təşkil olunan yürüş Müstəqillik Gününə həsr edilib.

Qeyd edək ki, zirvə ilk olaraq, Heydər Əliyev Fondunun təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “Regional İnkişaf” İctimai Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyi münasibətilə fəth olunub.

“Cümhuriyyət” Qusar rayonu ərazisində, Böyük Qafqaz sıra dağlarında dəniz səviyyəsindən 3740 metr yüksəklikdə, Tufandağın sağ yan silsiləsində yerləşir.

Xəbər lenti