Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Xalq Cumhuriyyətinin 105 illiyinə həsr olunmuş elmi-praktik seminar keçirilib.
Akademiyadan "Tehsil.biz"ə verilən məlumata görə, seminarda HİH və sosial fənlər kafedrasının müəllimləri Abduyev İman və tar.f.d. Məmmədov Yaqub AXC-nin yaranması, həmin dövrdəki sosial-iqtisadi islahatlar,mədəni quruculuq işləri haqqında bəhs etdikdən sonra tələbələr öz çıxışlarını səsləndiriblər.
Sonda Akademiyanın rektoru prof. Hüseyn Qaraşov tərəfindən iştirakçılara sertifikatlar təqdim olunub.