“Maliyyə-İqtisad” fakültəsinin təşkilatçılığı ilə 09.03.2021-ci il tarixində, saat 15:00-da Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası tələbələri üçün "Marketinqin artan nüfuz dairəsi" mövzusunda online “elmi-seminar” keçirilib.
Seminarı “Maliyyə-İqtisad” fakültəsinin dekanı dos. Hicran Mirzəyeva açaraq, seminarın tələbələr və digər qoşulan qonaqlar üçün maraqlı olacağını bildirib.
Seminar “Brief. Company”-nin təşkilatçısı Orxan Salmanov tərəfindən keçirilərək marketinq haqqında, sosial media marketinqi, sosial media meneceri, sosial media istifadəçiləri, rəqəmsal marketinq, rəqəmsal marketinqin gələcəyi kimi məsələlərə toxundu və tələbələrin sualları cavablandırıb.
Sonda “Maliyyə və mühasib uçotu” kafedrasının müdiri dos. Nurəngiz Mikayılova online seminarların keçirilməsinin əhəmiyyətini qeyd etdi və seminarın aparıcısı Orxan Salamanova və əsas təşkilatçılarında biri olan metodist Kənan Abbasova öz təşəkkürünü bildirib.