Logo

İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlərin NƏZƏRİNƏ

29.05.2023 16:08 349 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasına qəbul olmaq istəyən abituriyentlər Dövlət İmtahan Mərkəzinin (DİM) elan etdiyi tarixlərdə Dini Psixoloji Komissiya (DPK) tərəfindən aparılan müsahibələrdə iştirak etməlidirlər.

Bu barədə "Tehsil.biz"ə DİM-dən məlumat verilib.

Bildirilib ki, müsahibələr İlahiyyat İnstitutunda təşkil edilir.

Müsahibədə abituriyentin dünyagörüşü və dini bilikləri, dini baxışlar və dünyəvilik anlayışı, psixoloji parametrlərinin İslamşünaslıq ixtisasına uyğunluğu, tolerantlıq və multikulturalizm bilikləri yoxlanılır. Müsabiqədən məqbul qiymət alan abituriyentlər ixtisas seçimi zamanı digər ixtisaslarla yanaşı, Azərbaycan İlahiyyat İnstitutunun İslamşünaslıq ixtisasını da seçə bilərlər.

Xatırladaq ki, Dini-Psixoloji Komissiya DİM tərəfindən qabiliyyət imtahanlarını keçirmək məqsədilə yaradılıb. Komissiyanın tərkibinə ilahiyyat sahəsi üzrə mütəxəssislər, ekspertlər, psixoloqlar və DİM-in əməkdaşları daxildir.

Xəbər lenti