Logo

Taleh Ziyadov Malayziyada təhsil alan badmintonçularla görüşüb

29.05.2023 13:25 304 baxış
IMG

Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov Petronans Malayziya Badminton Akademiyasında yeniyetmələrdən ibarət Azərbaycan millisinin üzvəri Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova ilə görüşüb.

Federasiyadan "Tehsil.biz"ə verilən məlumata görə, idmançıların akademiyada şəraiti, hazırlıq səviyyəsi ilə maraqlanan funksioner onlara uğurlar arzulayaraq qazanacaqları təcrübənin ölkədə badmintonun inkişafına təkan verəcəyini bildirib.

O, Malayziya Badminton Federasiyasının prezidenti Məhəmməd Norza Zəkəriyyə ilə də görüşüb, gələcək perspektivdə ikitərəfli əlaqələrin inkişaf etdirilməsi məsələsi müzakirə olunub.

Qeyd edək ki, Azərbaycan Badminton Federasiyasının prezidenti Taleh Ziyadov, baş katib Ramil Hacıyev və milli komandanın baş məşqçisi Morteza Validarvi Dünya Badminton Federasiyasının Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində keçirilən illik toplantısında iştirak edib. İclasda Afrikada badmintonun inkişafına dəstək memorandomu imzalanıb.

Ülvi Hüseynov, Əmirxan İmanov və Əminə İsmayılova cari ilin martından Petronans Malayziya Badminton Akademiyasında təhsillərini davam etdirirlər.

Xəbər lenti